Ukrayna müharibəsi haqda son xəbərlər: SSRİ-nin Əfqanıstanda müharibəsindən sonra Rusiya ilk dəfə demokratik dövlətlərin birləşmiş və effektiv polisiyası ilə üzləşib. Avropa ölkələri Ukraynaya tank əleyhinə, təyyarələrə qarşı raket silahları göndərəcəklər, Rusiya banklarının SWIFT-lə əlaqəsi kəsilib. Azərbaycan Ukraynaya humanitar yardım (tibbi ləvazimat) göndərib.
Avropa və Amerika bir neçə gün davam edən ağrılı müzakirələrdən sonra monolit antirusiya yumruğu formalaşdırıblar. Gecə ukraynalılar düşmənin daha iki (üç oldu) hərbi nəqliyyat təyyarəsini vurublar. Kiyevin məlumatına görə, həlak olan rusların sayı 3500 hərbçiyə çatıb, 200 nəfər əsir götürülüb.
Ukraynanın 190-dan çox dinc sakini həlak olub. Prezident Zelenski Vladimir Putinlə danışıqlardan yayınır. Moskvalı politoloq Aleksandr Karavayev baş verənləri Turan agentliyinə qiymətləndirməyə razılaşıb.
- Ukraynada müharibə ərəfəsində Rusiya ilə müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayan Azərbaycanın siyasəti kənardan necə görünür?
- Ərdoğan və Əliyev Ukrayna nizamlanmasında vasitəçilik təklif ediblər. Mən bunu müsbət fakt hesab edirəm. Nəzərə alsaq ki, Avropada artıq bir münaqişə 2020-ci ildə Qarabağda “tükəndi”, o zaman avropalılar ancaq Azərbaycanla Ermənistan arasında sülhə gətirib çıxaran yekun bəyanatların zirvəsinə qalxa bildilər. İkinci analoji vəziyyət Avropa liderlərini Şərqi Avropanın bu hissəsində oyundan çıxarır, Türk İttifaqının payını artırır.
- Niyə Avropa (və Amerika) və Rusiya arasında köhnə, latent münaqişə Ukraynada baş verdi?
- Ukraynanın faciəsi ondadır ki, ayırıcı xətt ondan keçir. Bundan qaçmağa müvəffəq olan siyasətçilər lazımi tarixi məqamda cəmiyyətin sərəncamında olmadılar, maliyyə-sənaye elitasını isə vəziyyət qane edirdi. Üstəlik, bu proses on yeddi ildən artıqdır ki, davam edir. Bu normal və rahat idi, hamıya sərf edirdi.
-Qərb Rusiyanın təcavüzünün qarşısını ala biləcəkmi?
- Dinc etiraz, Qərb təyyarələrinin geri çağırılması və ödəmə bildirişlərin qapadılması səbəbindən qırmızı ordunun duracağı ilə bağlı illüziyaya qapılmaq lazım deyil. Bunlar iki fərqli dünyadır.
Birinci- informasiya-maliyyə, burada üstünlüklər hər zaman yeni texnologiyalarındır. Rusiya Federasiyasının kifayət qədər böyük təsirinə malik regional şəbəkələr və şərti müttəfiqlərin adacıqları Moskvaya düşməndən tutmuş neytral-soyuq əhval-ruhiyyəyə qədər köklənmiş ümumi sahə daxilində yer almaqdadır.
İkincisi - dünya, sərt gündəlik konsturksiyalar və nəhayət, ordu və yerüstü əməliyyatlar. Burada variant yoxdur. Ukrayna sistemi əsasən üfüqi qeyri-dövlət şəbəkələridir. Müharibə maşınının öhdəsindən gəlmək mümkün deyil. Bu, yalnız filmdəki Rembodur və qəhrəmanın ölümü ilə bitən ayrıca qəhrəmanlıq nümunələridir.
Ayırıcı xətt elə çəkiləcək ki, daxildəki “partizan hərəkatları”nın təsiri minimuma ensin. Şəxsən Putinə gəlincə, o, sonadək gedir. Onun dünya obrazını anlamaq lazımdır.
- Rusiya öz prezidentinin “sona qədər getməsindən” nə qazanacaq?
- Əgər Sovet İttifaqı Əfqanıstan da daxil olmaqla, hərbi məğlubiyyətə uğramadan, bütün mövqelərini və xarici ötürücü konstruksiyalarını itirməklə içəridən dağıldısa, müasir Rusiya haqda nə demək olar. Onun üçün hərbi məğlubiyyətin Sovet İttifaqında olduğundan daha dərin və sistemli nəticələri olacaq.
Maliyyə-iqtisadi "məğlubiyyət” isə başqa planın hekayəsidir. Hərbi səfərbərlik iqtisadiyyatı Rusiya üçün adi mövzudur. Bu, bir müddət öncə də oldu …
Putin elitasının ayaqda qalmasına resursların yetib-yetməyəcəyi bir-iki aydan sonra bu reallığa tamamilə daxil olduğumuz zaman məlum olacaq. Qalanları isə kəmərləri bərkitməli olacaqlar. Bu da Rusiya tarixinə xas olan real dərin partlayış üçün potensial birikdirəcək.
[caption id="attachment_115195" align="aligncenter" width="989"] Aleksandr Karavayev[/caption]