Özünü bloqer kimi təqdim edən Ata Abdullayev barəsində olan hökmdən apellyasiya şikayəti icraata götürülüb. Bu barədə onun vəkili Telman Talıbov məlumat verib.
Talıbov bildirib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin ilkin baxış iclasının vaxtı hələ məlum deyil. A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.Ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Abdullayev həbsdən əvvəlki dövrlərdə tez-tez müxalifət nümayəndələrini təhqir etməklə və sahibkarlıq obyektlərinə hücum etməklə gündəmə gəlirdi.