Demokratiya 1918 Hərəkatının üzvü Cəlil Zabidov 25 sutka müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hərəkat məlumat yayıb. Məlumatda qeyd olunub ki, Zabidov Yardımlı rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polisin qanuni tələblərinə tabe olmama) təqsirli bilinərək, 25 sutka inzibati həbs cəzası alıb.
O da qeyd olunub ki, Cəlil Zabidov saxlanılan zaman müdafiə hüququ pozulub və öz istədiyi yox, ancaq dövlət tərəfindən təyin olunan vəkillə təmin olunub.
Bəyanatda bildirilib ki, Demokratiya 1918 Hərəkatı Cəlil Zabidovun həbsini siyasi sifariş hesab edir və tezliklə azadlığa buraxılmasını Azərbaycan hakimiyyətindən tələb edir.
Zabidov 31 yanvarda günorta saatlarında rayondakı kafelərin birində əyləşdiyi zaman polislər tərəfindən saxlanılmışdı.