Dünən Yevlaxda bir nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra hadisənin baş verdiyi ərazidə daha 17 ədəd kasetli bomba aşkarlanıb. Bu barədə məlumatı polis yayıb.
Məlumata görə, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Yevlax Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib. Fevralın 2-də Yevlaxda II Qarabağ Müharibəsi vaxtı "əraziyə düşmüş" kassetli bombanın partlaması nəticəsində Kəlbəcər rayon sakini həlak olub.