"Təbii ki, Ukrayna bizimlə müharibə edə bilməz, etsə, məğlubiyyət uzağı 3-4 gün çəkər"
Bu sözləri Belarusun legitimliyi dünyada mübahisələndirilən prezidenti Aleksandr Lukaşenko Rusiya Dövlət Xəbər Agentliyində müsahibəsində deyib. Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə müharibədə heç bir ölkə duruş gətirə bilməz. "Təbii biz nüvə silahından istifadəni istisna edirik, ancaq bizə toxunmamaları yaxşıdır", - deyə Lukaşenko əlavə edib. 2021-ci ildə Rusiya prezidenti Vladimir Putin və Belarusun legitimliyi mübahisələndirilən prezidenti Aleksandr Lukaşenko arasında iki ölkə arasında iqtisadi və hərbi razılaşmaları dərinləşdirən növbəti müqavilə imzalanıb. Bununla yanaşı, hər iki ölkə özündə hərbi müttəfiqliyi ehtiva edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.