"Azərbaycan Respublikası 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır"
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.
Azərbycandan əvvəl Amerika da Abxaziyada keçirilən seçkilərlə bağlı açıqlama yayıb. Amerikanın Gürcüstandakı səfirliyinin yaydığı məlumatda qeyd olunub ki, Amerika Birləşmiş Ştatları 12 mart tarixində Abxaziya regionunda keçirilən dırnaqarası seçkilərin legitimliyini və onun nəticəsini tanımır.