Azərbaycanın Ukrayna, Belarus və Moldovada səfiri olmuş Tələt Əliyev barəsində axtarış qərarı çıxarılıb. Bu haqda məlumat Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında yerləşdirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) ilə axtarışa verilib.
Tələt Müseyib oğlu Əliyev 2001-2010-cu illər ərzində Azərbaycanın Ukraynadakı səfiri olub.
Tələt Əliyev səfir çalışan zaman külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunub. Bu iddianı 2018-ci ildə Ukraynada səfir olan Azər Xudiyev səsləndirib. O, Tələt Əliyevin 2007-2008-ci illərdə Azərbaycan dövlətinin vəsaiti hesabına Ukrayna səfirliyinin adına hektarlarla torpaq aldığını, həmin mülkləri həyat yoldaşının və Səbinə Qasımova adlı xanımın adına keçirdiyini demişdi. Azər Xudiyev bununla bağlı mətbuat konfransı keçirərək əlində onkret faktlar olduğunu, Tələt Əliyevin səfir işlədiyi dövrdə Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəsaitini mənimsədiyini açıqlamışdı. Hətta Azər Xudiyev bildirmişdi ki, mənimsə faktı ilə bağlı Ukraynanın Baş Prokurorluğuna şikayət edib.