Bu gün feministlər Bakının Nizami küçəsində "8 Marş" yürüşü keçiriblər.
Qadına qarşı şiddətə və zorakılığa, cinsi ayrıseçkiliyə etiraz olaraq təşkil olunan aksiyanın tələbləri əsasən dövlətin bu istiqamətdə addım atmasıdır. Feministlər Azərbaycan İstanbul Konvensiyasına qoşulması barədə çağırış ediblər. Polis əməkdaşları aksiyanın qarşısını almasalar da, bəzi plakatların qaldırlmasına imkan verməyiblər.
Yürüş artıq bir neçə ildir ki, hər il 8 martda keçirilir. Əvvəlki illərdə aksiyaya polis müdaxilələri olub, iştirakçılar saxlanılıblar.
Hələlik aksiya ilə bağlı rəsmi açıqlama yoxdur.
Azərbaycanda son illər qadına qarşı şiddət halları və qadın qətlləri artıb. İctimaiyyət nümayəndələri hesab edirlər ki, qətllərin səbəbi dövlətin bu istiqamətdə ciddi addımlar atmamasıdır. Ancaq Azərbaycan hökuməti deyilənlərin əksinə düşünür. Hökumət bu istiqamətdə ciddi addımlar atıldığını bildirir.