"Hazırda Azərbaycanda 6800-ə yaxın Ukrayna vətəndaşı yaşayır. Onların 2800-ə yaxını son 15 gün ərzində ölkəmizə daxil olanlardır".
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, bu şəxslər həm təxliyə prosesi çərçivəsində, həm də müstəqil qaydada ölkəyə daxil ola biliblər.
"Sığınacağa daxil olanlarla bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Ukrayna-Azərbaycan arasında ölkə müddəti 90 gündür. Həmin şəxslərin həmin müddətdə ölkədə olması leqal sayılır. Bizə hələ ki, çoxsaylı sığınacaq müraciəti daxil olmayıb", - Xidmət rəisi əlavə edib.