Martın 3-də “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasov saxlanılıb. Bu barədə onun yaxınları məlumat veriblər.
Abbasov martın 3-də saat 17:30-a yaxın iş yerinin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Yaxınlarının sözlərinə görə, ancaq bu gün onlar Abbasovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənə biliblər.
Ancaq sonradan məlumat alamq mümkün olub.
Elşən Abbasova külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.
Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.