Martıb 17-si UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Azərbaycanda maraqla gözlənən oyunlardan biri də Türkiyənin "Qalatasaray" klubu ilə İspaniyanın "Barselona" klubu arasında baş tutan oyun idi. Gecə saatlarında İstanbulda baş tutan oyunun son nəticəsində "Qalatasaray" İspaniya "Barselona"sına 1:2 hesab ilə məğlub olub. Bununla da Türkiyə klubu turnirdə mübarizəsini dayandırıb. Məğlubiyyət ölkənin UEFA reytinqindəki mövqeyinə mənfi təsir edib. 27.100 xalla 19-cu pilləyə geriləyən Türkiyə ilk "15-lik"dən kənarda qaldığından, yeni mövsümdə avrokuboklara 5 deyil, 4 komanda göndərəcək. Bu klublardan biri Çempionlar Liqasında, digərləri isə Konfrans Liqasında çıxış edəcək. Bu isə o deməkdir ki, Türkiyə də Azərbaycan kimi Avropa Liqasında təmsil olunmayacaq.