Rusiyada "haqqın.az" saytına giriş məhdudlaşdırılıb

Rusiyada "haqqın.az" saytına giriş məhdudlaşdırılıb
17 Mart 2022
Mətni dəyiş

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Rusiya ərazisində "haqqin.az" informasiya-analitik resursuna girişi tamamilə məhdudlaşdırıb.

Bu barədə saytın özü məlumat yayıb. Saytın rəhbəri Eynulla Fətuallayev Rusiya hökumətini dözümsüzlükdə ittiham edib.

"Rusiya hakimiyyətinin qərarını şərh edən haqqin.az saytının rəhbəri Eynulla Fətullayev qeyd edib ki, bu qərardan təəssüflənir: “Biz uzun illər ərzində ABŞ hökumətinin Əfqanıstan, İraq və planetin digər hissələrində siyasətini də tənqid etmişik. Amma bu təbəssüm və nəzakətlə qarşılanırdı. Rusiya isə 20 günlük tənqidə belə dözə bilməyib. O, öz informasiya məkanında yayımımızı söndürüb.

Bu, bir daha Moskvanın fundamental insan azadlıqlarına münasibətindən xəbər verir. Bununla belə, gözümüzün qarşısında bütün Ukrayna xalqının məhvi gedirsə, azadlıqlar haqqında nə demək olar? Biz səssiz qala bilmərik. Biz susmayacağıq. Və biz oxucularımıza həqiqəti söyləməyə davam edəcəyik.

Çoxlu rusiyalı oxucular deyir ki, səhər tezdən VPN bağlantılarından istifadə edərək saytımızı oxuyurlar. "Yeni orta əsrlər" nə texnologiyaları, nə də ən böyük Qərb sivilizasiyasının qazandığı azadlıqları məğlub edə bilməyəcək. Fikrimcə, 2022-ci ildə Marşal Jukov, şübhəsiz ki, İlon Maska uduzacaq!", - deyə Fətullayev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun