VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.
Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında verilib. Qərar Seyidzadənin öz müraciəti əsasında verilib. Martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
İclasın gündəliyinə ümumilikdə 6 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;
2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;
3. “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;
4. MSK-nın normativ xarakterli aktına dair;
5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;
6. Cari məsələlər.