Rusiya sülhməramlı qüvvələrinin bir qisminin Qarabağı tərk etdiyi deyilir.
Məlumatı Caliber.az saytı paylaşıb. Bu barədə rəsmi açıqlamalar olmasa da, saytın yayımladığı görüntülərdən sülhməramlı konvoyunun Qarabağdan Ermənistan istiqamətində hərəkət etdiyi görünür.Saytın məlumatına görə, rusiyalı hərbçilər Ukraynaya aparılır, belə ki, Rusiya qoşunları orada ağır itkilər verib.
Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin qismən çıxarılması barədə məlumat vermir. Azərbaycan Müdafiə Nazirliyi vəziyyəti şərh etmir.
Qarabağda zirehli transportyorlar və digər texnika ilə təchiz edilmiş 1960 sülhməramlı yerləşdirilmişdi.