Naxçıvanda 17 yaşlı Laçın Rzayevanın intiharı ilə əlaqədar Şərur Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şərur rayon sakini, 2005-ci il təvəllüdlü Laçın Rzayeva iyulun 23-də yaşadığı evin həyətyanı sahəsindəki bağda özünü asaraq intihar edib.
17 yaşlı qızın ölümündən öncə sosial media hesabında aşağıdakı paylaşım olub:
“İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyanı isə atam verdi. Hələ bu gün işə getməmişdən əvvəl mənə dedi:
“Mən işdən gələnə qədər get, özünü as, öldür”. Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdi…”
Meydan TV-nin prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, Laçın Rzayevanın valideynləri istintaqa cəlb olunub.