Tarif Şurası bəzi dərmanların qiymətini qaldırdı

Tarif Şurası bəzi dərmanların qiymətini qaldırdı
28 İyul 2022
Mətni dəyiş

Tarif Şurası iyulun 26-da dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar qəbul edib. 

Bu qərar ümumilikdə 456 dərman vasitəsinə aid edilib. Dəyişikliyə görə, ölkəyə yeni dərman məhsulları gətiriləcək. Daha əvvəl bazarda olan bəzi məhsulların qiyməti artacaq.  

Dəyişikliklər avqustun 1-də qüvvəyə minəcək. 

Qeyd edək ki, Tarif Şurası dərman vasitələrinin qiymətini hansı səbəbdən artırmasını izah etməyib. 

“Toplum TV” qiyməti artan bəzi dərman məhsullarını təqdim edir. 

Topdan satış qiyməti 1, 31 AZN olan Fransa istehsalı “Upsarin Upsa” (vitamin C ilə  330+200)  2, 83 AZN olacaq. 

Polşa istehsalı “DİAKARB ACETAZOLAMIDE” dərman vasitəsinin qiyməti 6,69 manatdan 7, 25 manata artıb. 

Kipr istehsalı “MEDOKLAV AMOXICILLIN”nın qiyməti isə 19 manat artaraq 40, 90 AZN-dən 60 AZN-ə yüksəlib.

(Toplum)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun