Avqustun 12-də 1990-cı il 20 Yanvar hadisələri zamanı həlak olanların yaxınları Şəhidlər Xiyabanında aksiyaya cəhd ediblər. Aksiya “20 Yanvar əlilləri və şəhid ailələrinin hüquqlarının təmin olunması” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Aksiya zamanı onları Səbail Rayon Polis İdarəsinin rəhbər şəxsləri müşahidə edərək, şikayətlərini müvafiq orqanlara çatdıracaqlarını vəd ediblər.
Aksiyaçılar jurnalistərə 20 yanvar hadisələri zamanı həlak olanlarla bağlı prezidentin 2 fərmanının icra olunmadığını deyiblər.
Ailələr illərdir şəhid olmuş yaxınları üçün vəsiqə və döş nişanı ala bilməmələrindən şikayətçidirlər. Onların sözlərinə görə, dəfələrlə Prezident Administrasiyası, vitse prezident Mehriban Əliyevaya müraciətlər ünvansalar da, məktubları cavabsız qalır.
Bir neçə dəqiqə çəkən aksiya zamanı iştirakçıları polis müşayiəti ilə ərazidən uzaqlaşdırılıb. Polis əməkdaşları etirazçılara bildirib ki, bir həftə ərzində Prezident Administrasiyası və Nazirlər Kabinetindən onlarla əlaqə saxlanılacaq.
2006-cı ildə Prezident İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda beş yüz manat məbləğində təqaüd təsis olunub. Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş hesab edilib.
Toplum TV