ABŞ Səfirliyi: "Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur"

ABŞ Səfirliyi: "Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur"
29 Avqust 2022
Mətni dəyiş

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birlışmiş Ştatlarını (ABŞ) və Fransanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməkdə ittiham edib.

O, buna səbəb kimi qeyd olunan ölkələrin Azərbaycandakı səfirlərinin dəvət edilsələr də, işğaldan azad edilən Şuşa şəhərinə səfər etməmələrilə əlaqələndirib.

“ABŞ və Fransa növbəti dəfə Şuşaya getməkdən imtina edib və  bu gün onlar burada iştirak edən xarici diplomatlar arasında yoxdur. Bununla da onlar Azərbaycan hökumətinin dəvətinə açıq hörmətsizlik ediblər”- deyə şənbə günü Şuşada jurnalistlərə Hikmət Hacıyev deyib.

Hacıyev bildirib ki, bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirirlər.

ABŞ-ın Azərbaycandakı Səfirliyi isə prezidentin köməkçisinin ittihamlarına cavab verib.

Səfirlikdən bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.

“Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir” – deyə diplomatların cavabında qeyd olunub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun