Avqustun 4-də Bakı Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimovun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. Şİkayətə hakim Faiq Qasımovun sədrliyilə baxılıb.
Bu barədə vəkil Elçin Sadıqov Turan agentliyinə açıqlamasında bildirib.
Vəkil Ziya İbrahimovun məhkəmədə dediklərinə istinadən bildirib ki, onun şəxsi işinə üç qırmızı xətt qoyulub və video bloger yazılıb.
Mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimlovv Bakı hava limanında həbs edilib. Ziya İbrahimova 2019-cü ildən axtarışda olduğunu bildiriblər.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Elşad Hacıyev Ziya İbrahimovun saxlanılmasında siyasi motivin olmadığını deyib.
"Onun barəsində aliment öhdəliyilə bağlı axtarış var", - o qeyd edib.
Vəkil Elçin Sadıqov bildirib ki, Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbilə bağlıdır.
Cinayət Məcəlləsinin 306.1 maddəsinə görə, İbrahimov iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
“İndiyədək Azərbaycanda Cinayət Məcəlləsinin bu maddəsi üzrə Ziya İbrahimovdan başqa heç kim həbsə alınmayıb”, - Sadıqov qeyd edib.
Ziya İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Biləsuvar rayonundakı funksionerlərindən biri olub. 2018-ci il prezident seçkilərdə fəalllıq göstərdiyinə görə təqib edilib və bu səbəbdən də ölkəni tərk etmək məcburiyyətində qalıb. 2018-ci ildə Almaniyaya mühacirət edib.
Ziya İbrahimovun həbsilə 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deportasiya olunan edilən və ardınca həbs olunanların sayı 6 nəfərə çatıb. Onlar Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli və Samir Aşurovdur.