“Vostok-2022” təlimlərində iştirak edən xarici hərbi kontingentlər Rusiyanın Primorsk diyarındakı Sergeevski poliqonuna gəlib.
Koalisiya qoşun qrupları birgə əmaliyyatllar keçirəcək. Bunlar KTMT ölkələri, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və tərəfdaş ölkələrin hərbiçiləridir: Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya, Tacikistandan olan hərbçilər və müşahidəçilərdir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin avqustun 29-da yaydığı məlumatda deyilir.
“Vostok-2022” strateji komanda-qərargah təlimlərinin mahiyyəti Rusiya və tərəfdaş ölkələrin Silahlı Qüvvələrinin birgə praktiki fəaliyyətidir. Təlimlər sentyabrın 1-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında bir sıra poliqonlarda, eləcə də Yaponiya dənizində keçiriləcək.
“Vostok-2022” təlimlərində ümumilikdə 50 mindən çox hərbi qulluqçu, 5 mindən çox silah və hərbi texnika, 140 təyyarə, 60 hərbi gəmi və kater iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu təlimlərə hərbçilərinin göndərilməsi barədə məlumat verməyib. Çox guman, Bakının nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edirlər, çünki Azərbaycan KTMT və ŞƏT-in üzvü deyil.