Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində Babək Əliyev şəhid olub”, – deyə nazirlik qeyd edib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
B.Əliyev 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində doğulub.