Azərbaycan Ordusunun hərbi qulluqçusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan Ordusunun hərbi qulluqçusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
19 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Mirzoev odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib. Bu barədə Baş Prokurorluğun avquatun 19-da yaydığı məlumatda deyilir.

Faktla bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhruz Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun