Azərbaycan, Rusiya və Ermənistan hərbçiləri Laçına birgə səfər ediblər

Azərbaycan, Rusiya və Ermənistan hərbçiləri Laçına birgə səfər ediblər Foto: sosial media
10 Avqust 2022
Mətni dəyiş

Ötən gün Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Onları Qarabağın “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan müşayiət edib. Bu barədə bu gün Ermənistan KİV Qarabağ separatçılarına istinadən məlumat yayıb.

“Aravot” qəzetinin yazdığına görə, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Həmin mənbənin məlumatına görə, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisilə də tanış olub.

Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ Müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin böyük bir qrupuna daxildir. O əsasən 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. 

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun