Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub. Hadisə avqustun 4-də baş verib.
Səfirliyə hücum edən radikal diniki qrupun üzvləri Azərbaycan bayrağını yendirib, əvəzində dini bayraqlar qaldırıblar. Hücum zamanı səfirliyə böyük ölçüdə ziyan vuran şəxslər dini şüarlar səsləndiriblər.
Məsələ ilə bağlı Azərvaycan Respublikasının Xarici İşlər Nazirliyi də məlumat yayaraq, hadisəni pisləyib: "Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək. Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb", - deyə qeyd olunub.
Baş verənlərin məsuliyyətini Mehdi Qulluqçuları İttifaqı adlı təşkilat öz üzərinə götürüb.