İyulun 27-də Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı yeni dövlətlərarası iddia qaldırıb.
Bu barədə məlumatı Ermənistanın yerli mətbuatı yayıb.
Məlumatda qeyd olunub ki, “Azərbaycanın təcavüzü nəticəsində” Pirlər və Fərrux kəndlərinin sakinlərinin hüquqları pozulub.
Həmçinin iddiada 2021-2022-ci illərdə Azərbaycan hərbçilərinin Qarabağ ermənilərinə qarşı güc tətbiq etməsi və bunun nəticəsində “yaşamaq hüququnun pozulduğu” barədə ittihamlar var.
İkinci Qarabağ Müharibəsindən sonra hər iki ölkə bir-birlərinə qarşı müxtəlif ittihamlarla beynəlxalq məhkəmələrə müraciət edib.
Hələlik Azərbaycan tərəfinin bununla bağlı açıqlaması yoxdur, ancaq qeyd olunan Pirlər və Fərrux kəndi Xocalı rayonun inzibati ərazisində daxildir və beynəlxalq hüquqla Azərbaycan ərazisi hesab olunur.