Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin baş nazirinin göstərişi əsasında Azərbaycanla dövlət sərhədində yeni keçid məntəqələrinin yaradılması layihəsini açıqlayıb. Bu gün açıqlanan sənəddə həmin üç məntəqə Ermənistan-Azərbaycan sərhədində aşağıdakı yerlərdə yaradılmalıdır:
1. “Sotk" ("Kəlbəcər"), M11 magistralı - Kəlbəcər rayonunda avtomobil yolu.
2. “Yerasx” (“Sədərək”), Yeraşx icması – Sədərək rayonunda avtomobil yolu.
3. "Qaraunc" ("Eyvazlı"), Sünik vilayəti, Qaraunc icması, M2 magistralı - Qubadlı rayonunda avtomobil yolu, Eyvazlı kəndində avtomobil yolu.
Layihədə deyilir ki, dövlət sərhədində quraşdırılan buraxılış məntəqələri müvafiq tikinti işləri və təchizat başa çatdıqdan sonra növbəti gün fəaliyyətə başlayacaq. Tikintisinin konkret müddəti açıqlanmayıb.
(Turan)