Laçın dəhlizinə alternativ olaraq tikilən Laçın şəhərindən yan keçən yolun tikintisi başa çatır.
Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin verdiyi məlumata görə, asfaltlamanın başa çatdığı hissələrdə yol cizgiləri, yol nişanları və qoruyucu baryerlər quraşdırılır.
Son günlər layihənin başa çatdırılması üçün işlərin aparıldığı bölgəyə əlavə texnika göndərilib.
Yeni yolun tikintisinə 2021-ci ilin iyulunda başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (10 km Ermənistan ərazisindən keçir). Yol III texniki dərəcəyə uyğun layihələndirilib. Yamaclarda üç, digər hissələrdə iki hərəkət zolağı olan yolun eni 7-10,5 metr təşkil edir.