Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.
Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Liderlər arasında sonuncu görüş bu il aprelin 6-da Brüsseldə baş tutub.
Ancaq görüşdən sonrakı müddətdə regionda hərbi gərginlik artıb. Sonuncu hərbi gərginlikdən sonra Ermənistan tərəfi atəşkəs saizişdən irəli gələn addımların atılmasına başlayıb.
Avqustun 26-da Laçın şəhəri və bu istiqamətdə olan kəndlər Azərbaycana tam şəkildə təhvil verilib.