Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov həyatını itirib.
Bu barədə Rusiyanın TASS agentliyi xəbər yayıb. Rusiyanın Mərkəzi Klinika Xəstəxanasının məlumatına görə, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-u axşam saatlarında dünyasını dəyişib.
SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı hesab olunur.