Qarabağ qazisi: “Başçı dedi ki, hamınız üstümə gəlirsiniz, bura bankdır, ya mən pul paylayanam?”

Qarabağ qazisi: “Başçı dedi ki, hamınız üstümə gəlirsiniz, bura bankdır, ya mən pul paylayanam?”
30 Avqust 2022
Mətni dəyiş

İkinci Qarabağ Müharibəsinin qazisi Cavid Həsənov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun onun müraciətlərinə ciddi yanaşmadığını deyir.

Qazi bu barədə AbzasMediaya danışıb.

Cavid H
əsənov deyir ki, bu il avqustun 22-də Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olub. Onun sözlərinə görə, o icra başçısından kənd təsərrüfatı ilə məşqul olmaq üçün torpaq ayrılmasını xahiş edib. Ancaq bundan sonra icra başçısı onun sözünü kəsərək deyib ki, hamınız mənim üstümə gəlirsiniz, bu bankdır ya mən pul paylayanam?

Qaraba
ğ qazisi deyir ki, icra başçısı köməkçilərinə üzünü tutaraq deyib ki, bunu araşdırın görək bu kimdir, haranın qazisidir?

Onun s
özlərinə görə, icra başçısı onun 20 ilə yaxındır rayonda yaşamadığını bildirərərək, haqsız çıxartmağa çalışıb.

“Dedim ki
, mən 16 ilə yaxındır Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət etmişəm, xidmətdə olmuşam və bu səbəbdən rayonda olmamışam. Mən Otmanoba kəndində qeydiyyatdayam. Bura dilənməyə gəlməmişəm. Özüm onkoloji xəstəyəm və sosial ödənişlərlə ailəmi dolandıra bilmirəm, torpaq götürüb əkin-biçinlə məşqul olmaq istəyirəm. Icra başçısı dedi ki, torpaq vermək yoxdur, sənədlərini gətir, 100-200 manat verərik”, - deyə qazi bildirib.

Cavid H
əsənov deyir ki, 2 ildir qazidir, Zərdab Rayon Polis Şöbəsinin rəisi Azər Əfəndiyevdən başqa heç kim onunla maraqlanmayıb.

Onun s
özlərinə görə, heç deputatları da onunla əlaqə saxlamayıb.

“Son olaraq, icra başçısının müavini dedi ki, sənədlərini gətir 100-200 manat verək, torpaq verə bilmərik. Mən sanki dilənçiyəmmiş kimi davrandılar və demək olar ki, məni qovdular”, - deyə İkinci Qarabağ Müharibəsinin qazisi Cavid Həsənov bildirib.

AbzasMedia m
əsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. İcra hakimiyyətinin müharibə iştirakçıları ilə iş üzrə şöbə müdiri Zinhar Bayramov bildirib ki, deyilənlər həqiqəti əks etdirmir.

Onun s
özlərinə görə, hər-hansısa aclamadan, aşağılamadan söhbət gedə bilməz.

“Ayın 22-də cənab başçı mənim də iştirakımla qəbul keçirdi. Cavid Həsənov da özünü təqdim etdikdən sonra bildirdi ki,
öz kəndlərindən əkin-biçinlə məşqul olmaq üçün torpaq istəyir. Başçı dedi ki, sən gərək bura gəlməzdən əvvəl bildirərdin hansı kənddənsən, biz oranın bələdiyyəsini də dəvət edərdik və öyrənərdik görək sənin adın nə qədər pay torpaq var və nə qədərin əlavə olaraq verə bilərik. Bundan sonra dedi ki, sosial dəstək istəyir. Başçı da bildirdi ki, prosedur üzrə müvafiq sənədləri təqdim etməlisən, biz ondan sonra sənə ödənişin edilməsilə bağlı qərar verə bilərik. Bundan başqa söhbət olmadı”, - deyə Zinhar Bayramov bildirib.

.
Şöbə müdiri deyir ki, əlilliklə bağlı sənədlər mütləq təqdim edilməlidir.Çünki o ümumi bazada olmur və onlar onu görmürlər.

“O sənədlər bizdə olmalıdır ki, biz bunun əsasında qazimizi ev nöbəsinə götürək və digər müxtəlif yardımları təyin edə bilək”, - deyə Zərdab Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. İcra hakimiyyətinin müharibə iştirakçıları ilə iş üzrə şöbə müdiri Zinhar Bayramov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun