Quba, Şabran və Qəbələ rayonlarının dağlıq ərazilərindəki meşələr yanır

Quba, Şabran və Qəbələ rayonlarının dağlıq ərazilərindəki meşələr yanır
16 Avqust 2022
Mətni dəyiş

Avqustun 16-da Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görürlər.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətində qeyd edir ki, meşə yanğınlarına səbəb adamların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi, o cümlədən biçilmiş taxıl sahələrinin yandırılmasıdır.

Son sutka ərzində rekord sayda yanğınla bağlı çağırış qeydə alınıb. O cümlədən 47-i ölkənin şimal-qərb və şimal rayonlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 500 hektara yaxın biçilmiş əkin sahəsini, quru otları, kol-kos və meşə massivlərini əhatə edib.

Avqustun 15-də Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında yüksək dağlıq ərazidəki meşələrdə baş vermiş yanğınların söndürülməsi isti və küləkli hava şəraiti səbəbindən çətinləşib. 

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun