Səfirliyə hücum edənlər bunu inanclıların təqibi ilə əlaqələndirirlər

Səfirliyə hücum edənlər bunu inanclıların təqibi ilə əlaqələndirirlər
8 Avqust 2022
Mətni dəyiş

Radikal şiə təşkilatı “Mehdinin Qulluqçuları Birliyi” avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə qarşı aksiyanın “Azərbaycan prezidenti İlham Əliyev və onun hökumətinə qarşı həyata keçirildiyini” təsdiqləyib.

Bu barədə qurumun rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.

"Azərbaycan hökuməti əhalinin təqib edilməsinə, dindarların şəxsi azadlıqlarının və şəxsi həyatının pozulmasına görə məsuliyyət daşıyır", press-relizdə deyilir.

 “Sırf müqəddəs şəxsiyyət və azadlıq rəmzi İmam Hüseynin adını yazdığına görə təhqir və təqiblərə məruz qalan bir qadın son damla oldu”,- sənəddə deyilir.

  “Mehdi Qulluqçuları Birliyi” bu tipli etiraz aksiyaları keçirir və dünya ictimaiyyətindən şiə xalqlarının müdafiəsi üçün təcili tədbirlər görməsini və onlara əsas dini etiqad azadlığının verilməsini tələb edir”, - sənəddə deyilir.

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun