İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsindəki hökmdən narazıdır.
APA-nın əldə etdiyi xəbərə görə, sabiq icra başçısının vəkilləri apellyasiya şikayəti veriblər.
Şikayət ərizəsində Vilyam Hacıyevin verilmiş ittihamlarla təqsirli bilinməsi üçün yetərli sübutların olmadığını, verilmiş ittihamların məhkəmə istintaqı zamanı təsdiq olunmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını əsas gətirən vəkillər hökmün ləğv edilərək bəraət qərarı verilməsini xahiş ediblər.
Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.
Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.