Almaniyadan deport edildikdən sonra həbs edilən Samir Aşurovun məhkəməsi başlayıb

Almaniyadan deport edildikdən sonra həbs edilən Samir Aşurovun məhkəməsi başlayıb
1 Sentyabr 2022
Mətni dəyiş

Avqustun 31-də Bakı Agır Cinayətlər Məhkəməsində Almaniyadan deport olunan Samir Aşurovun məhkəmə baxışı başlayıb. 

Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində vəkil Elçin Sadıqov Aşurovun ev dustaqlığına buraxılması və zərərçəkən şəxsin cərrahi əməliyyat zamanı çəkilmiş videosunun məhkəməyə təqdim edilməsi barədə vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib.

Aşurov ona verilən ittihamlarla razı deyil və özünü təqsirli bilmir.

Samir Aşurov bu il martın 29-da Almaniyadan deport edilib, 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunur (CM-in 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma).

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıb. Hüquq müdafiəçiləri iddia edir ki, Aşuriovun həbsinin səbəbi onun Almaniyada Azərbaycan hakimiyyəti əleyhinə təşkil edilmiş aksiyalarad fəal iştirak etməsidir.

Növbəti məhkəmə iclası sentybarın 14-də olacaq.

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun