Eduard Arsyan: “Həyat qabiliyyəti baxımından bu qrup yemək və su almasa, bir neçə gündən sonra ehtiyatları tükənəcək və getməli olacaqlar”
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan bu gün cəbhədə baş verən son yeniliklərlə bağlı brifinq keçirib. “Armenpress”in məlumatına görə, o, Azərbaycan hərbçilərinin Ermənistanın ərazisinə daxil olduğu istiqamətləri açıqlayıb:
“Onlar Cermuk istiqamətində, eləcə də cəbhə boyu 8-8,5 km, Nerkin Xənd və Şorja istiqamətində 1-1,5 km, İşxanasər istiqamətində 0,5 km irəliləyə bilib. Digər ərazilərdə biz onları geri oturda bilmişik”- Eduard Asryan bildirib.
Baş Qərargah rəisi əlavə edib ki, Cermukun yaxınlığında, 4,5 km məsafədəki təpənin zirvəsində yalnız bir azərbaycanlı silahlı dəstə var, onlar mühasirəyə alınıb.
“Onlar bütün xətt boyunca Cermuka yaxınlaşa bilməyiblər. Yalnız bir qrup təpənin zirvəsindədir. Həyat qabiliyyəti baxımından bu qrup yemək və su almasa, bir neçə gündən sonra ehtiyatları tükənəcək və getməli olacaqlar. Qruplaşmanı bölmələrimiz mühasirəyə alıb”- deyə Baş Qərargah rəisi bildirib.
Azərbaycanın Müdafiə Nazirliyi Eduard Asryanın dediklərini təkzib edib:
“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistanı atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”- deyə qurumun açıqlamasında qeyd olunub.