Mahir Babayev 30 gün müddətinə inzibati həbs cəzası alıb
İctimai fəal Mahir Babayev həbs edilib.
Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov AbzasMedia-ya məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, Mahir Babayev video çəkərək prezident İlham Əliyevə müraciət edib və uşaqpulunun nə vaxt veriləcəyi ilə maraqlanıb. Bundan sonra 35-ci polis bölməsinin əməkdaşları onu saxlayıb.
“Aldığımız məlumata görə, Mahir Babayev Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. Hansı maddə ilə ittiham olunduğunu bilmirik” – deyə Rüfət Səfərov bildirib.
İş günü olmadığına görə məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.