“Gədəbəydə bir cinayətin üstünü aça bilmirlər, amma xalqa divan tuturlar. Dünən Xocalı divanı tutdular bizə”.
Gədəbəyin Söyüdlü kənd sakinləri dünən onlara zorakılıq göstərən polisləri bu gün aksiyada müəyyənləşdirməyə çalışırlar.
Bir gün öncə onların etirazları gözyaşardıcı qaz və rezin güllələrlə yatırılmışdı.