“Bura uşaqların meydançasıdır. Bunlar necə buranı ala bilərlər?! Bura satılmaz bir mülkdür”
Gəncə şəhərinin Məhrasa bağı yaşayış kompleksindəki 5 binanın həyətyani sahəsi çəpərlənib. Sakinlərin dincəlməyə, uşaqların oynamağa yeri qalmayıb. Yaşayış kompleksinin sakinləri deyirlər ki, övladlarının əyləncəsi üçün meydançaları var idi, onu da gecə ilə söküb yerində bina tikməyə hazırlaşırlar.