Nüşabə İbarahimova deyir ki, axşam saat 6-dan sonra bütün işlərini yarımçıq qoyub evə getməli olur. Səbəb isə onun qaldığı Yeni Günəşli qəsəbəsinin V yaşayış sahəsində suyun gün ərzində sadəcə iki dəfə verilməsidir.
O da səhər və axşam saatlarında. Bu saatlarda isə həm təmzilik işlərini görüb, həm də su bidonlarını doldurmaq üçün evdə qaçaqov düşür. "Saat 6 oldu, mən indi qabları yuyuram. Gün ərzində yığılmış qablardır. Uşaqlar həyətdə oynayan zaman biz onları götürüb evə getməli oluruq. Uşaqlar havadan da məhrum qalırlar çünki ana evdə iş görməlidir. Qabları yumalıdır, təmizlik etməlidir".