"İbadoğlunun pis rəftara məruz qaldığını eşidəndə çox sarsıldım"
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru Tomila Lankina:
"Qubad İbadoğlu bizim şöbədə peşəkar tədqiqatçı və yaxşı həmkar kimi özünü təsdiq edib. Onun verdiyi məruzələr və seminarlar tələbələrin arasında çox bəyənilirdi, populyar idi. O, beynəlxalq akademik ictimaiyyətdə də böyük hörmətə malikdir. Mən onun Azərbaycan hakimiyyətinin əli ilə məruz qaldığı açıq-aşkar insan haqları pozuntularını və pis rəftarları eşidəndə çox sarsıldım.
Bilirəm ki, mənim şöbəmdəki həmkarlarım, və LSE-nin ən üst rəhbərliyi, bu işdə kömək etməyə çalışırlar. İnanıram ki, onlar da Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanla işləyən şəxsləri ilə əlaqədədirlər və bu halda nə edə biləcəklərini dəqiqləşdirməyə çalışırlar. Beləliklə, mən onlarla ünsiyyətdəyəm və düşünürəm ki, onlar məlumatlılığı artırma və Əliyev hökumətinə təzyiq göstərmək üçün strategiyalar hazırlamağa çalışırlar".