Polis: Zəhmət olmasa, o tərəfdə çəkin. Məhkəmə binasının qarşısından çəkilin.
Jurnalist: Məhkəmə binası ictimai yerdir. Burada çəkiliş etmək nə böyük problemdir?
Polis: Gedin kənarda dayanın, orada çəkin. İcazə yoxdur. İşimizə mane olmayın, xahiş edirəm.
Jurnalist: Niyə? Kim verir icazəni? Siz bizim işimizə mane olursunuz hazırda.
22 İyul ölkədə Milli Mətbuat Günü kimi qeyd olunur. 12 ildir jurnalist kimi çalışan İslam Şıxəli deyir ki, müstəqil mətbuatın günü polislə hər yerdə qarşılaşıb, onun yaratdığı maneələrdən üzülüşmək üçün həll yolu tapmaqla keçir. Azərbaycanda reportyorun bir gününü sizə təqdim edirik.