“Bir dəfə maraqlanan yoxdur ki, nə olub burada? Nəyiniz əskikdir, nəyiniz yoxdur? Amma səs toplamaq olanda, deyirlər, “gəlin, səs verin”. Nəsə olanda deyir, “Azərbaycan var”. Azərbaycan var, vətəndaşları da çoxdur. Amma vətəndaş olaraq gedəndə bizi qəbul edən yoxdur”.
Şəmkir şəhəri, “Kraz yolu” adlanan ərazidə yaşayan sakinlər paslı çəlləklərdə olan suyu içməli su kimi qəbul edirlər.
Onlar 10 ilə yaxındır suyu pulla alırlar. Günə 10-20 manata yaxınlıqdakı istixanalarda fəhləlik edən sakinlər bu pulun çox hissəsini suya xərcləyirlər. Sakinlər deyirlər ki, susuzluq elə həddə çatıb ki, həyətlərində bir çiçək də əkə bilmirlər.