“Dövlət Neft Şirkəti tərəfindən ayrılan vəsaitlə kimlərin göndərildiyini öyrənə bilmədik. Təhsil Nazirliyi də neft fondundan ayrılan vəsaitlə kimləri xaricə göndərdiyini açıqlamadı. İnsan ancaq dədəsinin pulu ilə gedərsə, ondan nə ilə getdiyini soruşmağa heç kəsin ixtiyarı yoxdur”
İyulun 5-də Azərbaycan “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsünün yekun hesabatının təqdimatı keçirilib. 3 ay müddətində 151 dövlət qurumu və hüquqi şəxslərin rəsmi saytları monitorinq olunub.