“Qapının ağzında tutublar. Siz hardan bilirdiniz ki, onun cibində o qədər narkotik var, götürüb apardınız? Elə şey olur?
Bu boyda da şər olmaz axı” Avqustun 11-də saxlanılan kuryer Ayxan İsrafilovun anası oğlunun tutulması barədə sosial şəbəkələrdən öyrənib. Əminəxanım İsrafilova deyir ki, həmin gün oğlu hər zaman olduğu kimi işə getmək üçün hazırlaşıb evdən çıxıb. Dərhal Daxili İşlər
Nazirıliyinin 102 qaynar xəttinə, Ombudsman Aparatına xəbər verən ana evə gələn polis əməkdaşlarının Ayxanın şəxsi əşyalarını qarışdırdıqlarını deyir.