Qarabağda mülki şəxslər və obyektlər ziyan çəkib

20 Sentyabr 2023
Mətni dəyiş

 

Qarabağda 7-si mülki şəxs olmaqla 27 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Bu barədə tanınmamış “hökumətin ombudsmanı” Geqam Stepanyan məlumat verib. O deyib ki, artıq 16 yaşayış məntəqəsindən 7000-dən çox insan təxliyə edilib. “Tanınmamış respublikanın” keçmiş “baş naziri” Ruben Vardanyan isə 100-dən çox insanın öldüyünü, yüzlərlə şəxsin yaralandığını bildirib. Azərbaycan sentyabrın 19-da Qarabağda lokal xarakterli “antiterror” əməliyyatlarına başladığını elan edib. Müdafiə Nazirliyi Qarabağda mülki əhali və infrastruktur obyektlərini hədəfə almadığını, yalnız hərbi hədəflərə hücum etdiyini bildirib. Qarabağdakı tanınmamış “hökumət" atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun