Rəcəb Tayyib Ərdoğan: “Seçkidə uduzmağımızın səbəblərini araşdıracağıq, haralarda səhvlərimiz olub, bunu cəsarətlə deyəcəyik”
Türkiyədə yerli özünüidarə orqanlarına seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 23 il sonra uduzduğu bildirilir.
Dövlət mediası olan Anadolu Agentliyinin (AA) yaydığı rəqəmlərə əsasən, AKP seçkinin ümumi nəticələrinə görə, əsas rəqibi olan ana müxalifətə - Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzub. Bu, CHP-nin 47 ildən sonrakı ilk qələbəsidir.
İlk 5-likdə olan partiyalar |
Topladıqları səslər |
Cümhuriyyət Xalq Partiyası (CHP) |
37.74 faiz - 17.345.876 səs |
Ədalət və İnkişaf Partiyası (AKP) |
35.49 faiz - 16.313.661 səs |
Yenidən Rifah Partiyası |
6.19 faiz - 2.845.553 səs |
Xaqların Bərabərlik və Demokratiya Partiyası |
5.68 faiz - 2.609.802 səs |
Milliyyətçi Hərəkət Partiyası (MHP) |
4.98 faiz - 2.290.643 səs |
Anadolu Agentliyinin təqdim etdiyi rəqəmlər
Türkiyənin 3 böyük şəhəri İstanbul, Ankara, İzmirdə CHP təmsilçiləri qalib gəlib.
İstanbul Böyük Şəhər Bələdiyyəsi |
Əkrəm İmamoğlu - 51.09% |
Murat Kurum - 39.60% |
Ankara Böyük Şəhər Bələdiyyəsi |
Mansur Yavaş - 60.35% |
Turqut Altınok - 31.69% |
İzmir Böyük Şəhər Bələdiyyəsi |
Cəmil Tuqay - 48.9% |
Hamza Dağ - 37,07% |
Türkiyə Ali Seçki Komissiyasının rəhbəri səsvermənin bəzi hallar istisna olmaqla, problemsiz başa çatdığını açıqlayıb.
Seçkilərin ilkin nəticələrindən aydın olur ki, müxalifətdə olan CHP uzun fasilədən sonra yerli özünəidarə seçkilərini udub. Partiya Ankara, İstanbul, İzmir, Antalya, eləcə də Bursa seçicisinin etimadını və səsini qazanaraq Türkiyənin ən böyük beş bölgəsində yerli özününidarənin başına keçib.
2019-cu ildə İstanbulda bələdiyyə sədri seçilmiş, müxalif CHP-dən olan Əkrəm İmamoğlu seçkinin ilkin nəticələrinə görə, qələbəyə yaxın olduqlarını öyrəndikdən sonra “çox xoşbəxt olduğunu” söyləyib.
İlk nəticələrə görə yenidən İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı seçilmiş Əkrəm İmamoğlu "bizi sevindirən odur ki, bölgə səviyyəsində də hədəflərimizə nail olmağımızdır" deyib.
O, həmçinin "bölgə səviyyəsində hədəflərinə nail olduqları üçün sevincli olduqlarını söyləyib.
"14 bələdiyyəmiz əvvəlki dövrdə olduğu kimi fəaliyyətinə davam edəcək”, - o əlavə edib.
Yerli seçkilərdə sürpriz olan digər partiya isə Yenidən Rifah olub. Bu partiya ilk dəfə qatıldığı yerli özünüidarə orqanına seçkilərdə aldığı səs nisbətinə görə ölkə üzrə üçüncü olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı ilkin açıqlamasında demokratiyanın qalib gəldiyini bildirib. O, qalibləri təbrik edib.
“31 mart bizim üçün son yox, dönüş nöqtəsidir. Seçkidə uduzmağımızın səbəblərini araşdıracağıq, haralarda səhvlərimiz olub, bunu cəsarətlə deyib, lazımı müdaxilələr edəcəyik”, - deyə o çıxışında bildirib.
AKP 23 illik iqtidardında ilk dəfə seçkilərdə məğlub olub.
Partiyaların 2 aprelə qədər şikayət vermək hüquqları var