Nardaran İlham Əliyevin keçmiş kürəkəninə görə blokadada saxlanılır

14 Fevral 2025
Mətni dəyiş

“Adamın əlindən mülkünü alıblar, çıxıb etiraz edə bilmir, qorxur. Çünki birbaşa İlham Əliyevin sərəncamında olan ərazidir”

Nardaran sakini Ələmdar Bünyatov Berlində Rusiyanın Almaniyadakı səfirliyinin qarşısında çadır quraraq etiraz aksiyası keçirir. O deyir ki, Prezident İlham Əliyevin Rusiya vətəndaşı olan keçmiş kürəkəni Emin Ağalarov ona məxsus 3 hektaradək torpaq sahəsini zəbt edib və öz kurortunun ərazisinə qatıb.

Söhbət Nardaranda Xəzərin sahili boyunca 6 kilometr məsafədə uzanan və 500 hektarlıq ərazini əhatə edən “Sea Breeze” Kurortundan gedir. Ələmdar Bünyatov deyir ki, ailəsinə məxsus torpaq sahəsi ilə yanaşı, “Sea Breeze” kurortunun ərazisində torpaq sahibi olan bir çox həmkəndlisinə çatacaq təzminat bu günədək ödənilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun