Sevinc Vaqifqızı

Sevinc Vaqifqızı

“Abzas Media”nın baş redaktoru

Müəllif səhifəsinə keç

Sevinc Vaqifqızı 5 iyul 1989-cu ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun işğalından sonra ailəsi ilə birlikdə məcburi köçkün olaraq Bakıya sığınıb. 1995–2006-cı illərdə Binəqədi rayonundakı E.Əliyev adına 297 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Sevinc Vaqifqızı tələbə ikən jurnalistikaya başlayıb. 2009–2013-cü illərdə “Bizim Yol” qəzetində, 2012–2013-cü illərdə “Azadlıq” qəzetində çalışıb. 2013-cü ildən “Meydan TV”də müxbir kimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabrından isə “Abzas Media”nın baş redaktoru vəzifəsini icra edir.

BaĹź redaktor olaraq o, prezident İlham ĆŹliyevin ailÉ™si vÉ™ yĂĽksÉ™k rĂĽtbÉ™li mÉ™murlarla baÄźlı korrupsiya araĹźdırmalarına, o cĂĽmlÉ™dÉ™n Qarabağın bÉ™rpasına ayrılan vÉ™saitlÉ™rin mÉ™nimsÉ™nilmÉ™si vÉ™ s. cinayÉ™tlÉ™rÉ™ dair araĹźdırmalara rÉ™hbÉ™rlik edib. O, hÉ™mçinin MĂĽtəşəkkil CinayÉ™tkarlıq vÉ™ Korrupsiya Hesabat LayihÉ™si (OCCRP) ilÉ™ birgÉ™ araĹźdırma jurnalistikası aparıb. 

Sevinc Vaqifqızı peşəkar fəaliyyəti boyunca dəfələrlə təqib və təzyiqlə üzləşib.

4 oktyabr 2013-cü ildə prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabad rayonundakı mitinqini işıqlandırarkən polis əməkdaşlarının zorakılığına məruz qalıb. 2017-ci ilin mayında peşə fəaliyyətini yerinə yetirərkən saxlanılıb və Sabail rayon Polis İdarəsinin 39 saylı polis bölməsinə aparılan jurnalist bir neçə saat sonra sərbəst buraxılıb. 2019-cu ilin yanvarında yenidən jurnalist fəaliyyəti zamanı tutulub və 10 saatdan çox saxlanılıb.

2015-ci ildə “Meydan TV”nin rəhbərləri barəsində cinayət istintaqı başladılarkən o da şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində dindirilib və ölkədən çıxışına 4 il qadağa qoyulub. 14 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Sevinc Vaqifqızıya qarşı tətbiq edilən səyahət qadağasının qanunsuz olduğuna dair qərar çıxarıb. Azərbaycan hökuməti pozuntuları etiraf edərək ona 5 000 avro kompensasiya ödəyib.

2018-ci il növbÉ™dÉ™nkÉ™nar prezident seçkilÉ™ri zamanı seçki saxtakarlığını lentÉ™ aldığına görÉ™ mÉ™ktÉ™b direktoru onu mÉ™hkÉ™mÉ™yÉ™ verib. 3 illik mÉ™hkÉ™mÉ™ çəkiĹźmÉ™sinin ardından jurnalist cÉ™rimÉ™ edilib. 

11 fevral 2020-ci ildə parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən oturaq aksiya polisin güc tətbiqi ilə dağıdılıb. Aksiyanı jurnalist kimi işıqlandıran Sevinc Vaqifqızı saxlanılıb, qolundan və üzündən xəsarətlər alıb. Jurnalist sonradan polisin həkimlərin ona rentgen nəticələrini verməsinə mane olduğunu bildirib. Hadisə ilə bağlı Baş Prokurorluğa şikayət verib. “Sərhədsiz Reportyorlar” Təşkilatı hadisəni pisləyib və Azərbaycan hökumətinin plüralizmi məhv etdiyini bəyan edib.

2021-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat Layihəsi apardıqları (OCCRP) araşdırma nəticəsində Azərbaycan hökumətinin Sevinc Vaqifqızının telefonunu İsrailin “NSO Group şirkəti”nin istehsal etdiyi “Pegasus” casus proqramı vasitəsilə 2019-cu ildən etibarən gizli şəkildə izlədiyini müəyyən edib.

Sevinc Vaqifqızı 2023-cü il, noyabrın 21-də “Abzas Media işi” çərçivəsində saxlanılıb. Bir gün əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılan zaman Türkiyədə səfərdə olan jurnalist həbs olunacağını bilməsinə baxmayaraq, Azərbaycana geri qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Mənzilində axtarış aparılsa da, heç bir qanunsuz əşya tapılmayıb. Buna baxmayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə cinayət işi açılıb.

21 noyabr 2023-cĂĽ ildÉ™ XÉ™tai Rayon MÉ™hkÉ™mÉ™sinin qÉ™rarı ilÉ™ barÉ™sindÉ™ 3 ay 29 gĂĽnlĂĽk hÉ™bs qÉ™timkan tÉ™dbiri seçilib. 

Həbsindən sonra Sevinc Vaqifqızının ailəsi ilə əlaqə hüququ 6 ay tamamilə məhdudlaşdırılıb. Bu müddətdə onun telefon zənglərinə və ailə görüşlərinə qanunsuz qadağalar qoyulub. Ailə üzvlərinin bank hesabları dondurulub.

İstintaq dövründə Sevinc Vaqifqızının həbs qətimkan tədbiri ən son mərhələyə qədər uzadılıb.

2024-cü il avqustun 16-da iş üzrə ittihamlar ağırlaşdırılıb. Jurnalistə bu iş üzrə həbsdə olan digər həmkarları ilə birlikdə 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma), 320.1 və 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.

Sevinc Vaqifqızı bütün ittihamları rədd edib, özünün və həmkarlarının həbsinin “Abzas Media”nın araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirib.

Sevinc Vaqifqızı hÉ™bsdÉ™ olmasına baxmayaraq, saxlanıldığı Bakı İstintaq TÉ™cridxanasında da jurnalist fÉ™aliyyÉ™tini davam etdirib. O, dÉ™fÉ™lÉ™rlÉ™ tÉ™cridxanadakı qanunsuzluqlar, qadın mÉ™hbuslara qarşı zorakılıq vÉ™ hĂĽquq pozuntularını ictimailəşdirib. MÉ™hz bu sÉ™bÉ™bdÉ™n tÉ™cridxana rÉ™hbÉ™rliyi ona qarşı cÉ™za tÉ™dbirlÉ™ri görĂĽb, qeyri-insani rÉ™ftara mÉ™ruz qoyub - ona qarşı zorkalıq edilib, telefon danışıqları mÉ™hdudlaĹźdırılıb, ailÉ™sinin gÉ™tirdiyi azuqÉ™lÉ™r vÉ™ gigiyenik vasitÉ™lÉ™r qÉ™bul edilmÉ™yib, istilik sistemi olmayan kamerada saxlanılıb, tibbi yardımdan mÉ™hrum edilib. 

Məhkəmə iclaslarına aparılarkən sıx və natəmiz nəqliyyat vasitələrində daşınmaya etiraz olaraq həmkarları ilə birlikdə dəfələrlə məhkəmə iclaslarına qatılmaqdan imtina ediblər.

20 iyun 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Sevinc Vaqifqızı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunarkən “Abzas Media” jurnalistləri hakimlərə arxa çevirərək redaksiyanın prezident ailəsi və yüksək rütbəli məmurlara dair korrupsiya araşdırmalarının posterlərini qaldırıblar.

Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.

2025-ci ilin iyulunda nəşrin direktoru Ülvi Həsənlininin Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülməsinə etiraz olaraq başlatdığı aclıq aksiyasına qoşulub. Onunla birlikdə jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyasında iştirak edib.

Aclıq aksiyası zamanı təcridxana rəhbərliyi ailəsinin gətirdiyi geyimləri də qəbul etməkdən imtina edib.

Jurnalistlər valideynlərinin səhhətlərinin pisləşməsi səbəbindən iyulun 28-də aclıq aksiyasını dayandırıblar.

2025-ci il, sentyabrın 23-dÉ™ Sevinc Vaqifqızı Bakıdan 250 kilometrdÉ™n  uzaqda olan LÉ™nkÉ™ranın Qurumba kÉ™ndindÉ™ki Penitensiar KompleksÉ™ köçürĂĽlĂĽb. Bu, ailÉ™sinin vÉ™ vÉ™killÉ™rinin ona baĹź çəkmÉ™sini xeyli çətinləşdirib.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları - “Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” (RSF), “Jurnalistlərin Müdafiəsi Komitəsi” (CPJ), “Avropa Jurnalistlər Federasiyası”, “Norveç Helsinki Komitəsi”, “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nun Rəhbər Komitəsi, “Freedom Now”, eləcə də ABŞ Dövlət Departamenti Sevinc Vaqifqızını siyasi məhbus kimi tanıyıb və dərhal azad edilməsinə çağırıb.

2024-cü ildə Sevinc Vaqifqızı ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Çempionlar mükafatına layiq görülüb.

2025-ci ilin noyabrında “Sərhədsiz Reportyorlar” (RSF) Sevinc Vaqifqızını “Cəsarət Mükafatı” ilə təltif edib. RSF onu “həbsdə belə susmağı rədd edən, müstəqil medianın yenilməz səsi” adlandırıb.

Sevinc Vaqifqızı 2026-cı ilin yanvarında Fransa Xarici İşlər Nazirliyinin təsis etdiyi Anna Politkovskaya - Arman Solden Jurnalist Cəsarəti Beynəlxalq Mükafatının laureatı olub.

2025 və 2026-cı illərdə o, Vahid Azad Mətbuat Koalisiyasının “10 ən vacib” siyahısına daxil edilib.

20 iyun 2025-ci ildə ona 9 il azadlıqdan məhrumetmə cəzası verilərkən, son sözündə deyib:

“Çıxışın sonunda adÉ™tÉ™n hakim heyÉ™tindÉ™n azadlıq istÉ™yirlÉ™r. Amma azad olmayan hakimlÉ™rdÉ™n ittiham olunan 7 jurnalistÉ™ necÉ™ azadlıq istÉ™yÉ™ bilÉ™rÉ™m?! Proses boyunca sizÉ™ “hörmÉ™tli hakim” deyÉ™ mĂĽraciÉ™t etmÉ™yimizi istÉ™diniz, amma buna nail olmadınız. Çünki hörmÉ™tli hakim olmaq üçün É™dalÉ™tli olmaq lazımdır. ĆŹdalÉ™tli olmaq üçün dÉ™ azad. Axı azadlıq hÉ™m dÉ™ É™xlaq mÉ™sÉ™lÉ™sidir. Azad olmayan insan É™xlaqlı ola bilmir. Ăśmid edirÉ™m nÉ™ vaxtsa daxilinizdÉ™ hördĂĽyĂĽnĂĽz hÉ™bs divarlarını uçurub azadlığa çıxarsınız. Biz isÉ™ onsuz da azadıq”. 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

Sevinc Vaqifqızı | Abzas Media | Abzas.net