Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbiri seçilib

Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbiri seçilib Foto: sosial media
2 November 2023
Mətni dəyiş

Orxan Hacılı məhkəmədə ittihamları rədd edib, həbsinin siyasi qərar olduğunu bildirib.

Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində noyabrın 2-də iki aylıq həbs qətimkan tədbiri seçilib.

Abzas Media-ya bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, Orxan Hacılı barəsində qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadə çıxarıb. Ona qarşı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb.

"Özü ittihamları qəbul etmir. Məhkəmədə dedi ki, onun qarşısındakı avtomobil gözlənilmədən qanunsuz olaraq sola dönmə manevri etdi, ona görə də qəza baş verdi. O, həbsinin siyasi qərar olduğunu dedi. Qərardan apelyasiya şikayəti veriləcək”,- vəkil bildirib.

Orxan Hacılının əmisi Mustafa Hacıbəyli deyir ki, Azərbaycan hökuməti Arif Hacılıya, ümumilikdə Müsavat Partiyasına təzyiq məqsədilə bu qərarı verib:

“Ədalətsizliyin və haqsızlığın hətta Azərbaycan ölçülərilə götürüləndə belə görünməmiş həddidir. Yol qəzasına görə adam tutmurlar. Bu yol qəzasında da təqsirkar şəxs başqası olub. Ortada nə ölən, nə xəsarət alan var. Saxta ittihamlarla çıxarılan qərardır”.

Orxan Hacılını oktyabrın 31-i Yasamal Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Bundan əvvəl bir sıra hökumətyönlü medialarda Yasamal rayonu, Hüseyn Cavid prospektində baş verən qəzanın görüntüləri yayılıb. Yayılan görüntülərdən görünür ki, “Honda” markalı avtomobil hərəkət edərkən qarşısında manevr edən avtomobillə toqquşur və nəticədə ərazidə dayanmış başqa avtomobilə də dəyir. Oktyabrın 25-də Arif Hacılı məsələyə münasibət bildirərək, hadisənin qəsdən şişirdildiyini bildirib. O, oğlunun məhz onun siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Related News

Subscribe to stay updated