İlham Əliyev parlamentdə and içib, səlahiyyətlərinin icrasına başlayıb

14 February 2024
Mətni dəyiş

Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Prezident Konstitusiyaya əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə söz verib. Bu, Prezident Əliyevin hakimiyyəti dövründə 5-ci andiçmə mərasimidir.

Andiçmədən dərhal sonra Azərbaycan Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti buraxılır.

Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasnın elan etdiyi nəticəyə görə, Prezident İlham Əliyev 92,12 % səslə qalib olub. Fevralın 13-də isə Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini təsdiqləyib. Seçkini boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası nəticələri tanımadıqlarını bəyan edib. “Respublikaçı Alternativ” (REAL) Partiyasının siyasi komitəsinin sədri İlqar Məmmədov isə Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib.

Related News

Subscribe to stay updated